RUSİYA XİN: “BAKININ QARABAĞA STATUSDAN İMTİNASI YENİ NARAZILIĞA SƏBƏB OLMAYACAQ”backend

RUSİYA XİN: “BAKININ QARABAĞA STATUSDAN İMTİNASI YENİ NARAZILIĞA SƏBƏB OLMAYACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Qarabağ bölgəsinə hər hansı bir statusun verilməyəcəyini açıqlaylıb. TİA.AZ xəbər verir ki, işğaldan azad olunmuş rayonlarımıza səfıri zamanı dövlət başçısı hır hansı status-kvonun olmadığını da bəyan edib.
Lakin Rusiya prezidenti Vladimir Putin dünən “Rossiya 1” kanalına verdiyi açıqlamasında Qarabağda yeni status-kvonun yarandığını və münaqişənin həlli üçün hələ uzun müddət vaxtın lazım olduğunu vurğulayıb.
TİA.AZ xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə bu gün mətbuata verdiyi açıqlamasında bəyan edib ki, Moskva Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsinin bölgədə yeni bir qarşıdurma dalğasına səbəb olmayacağını gözləyir. “Bunun yeni bir narazılıq və münaqişə dalğasına səbəb olmayacağını gözləyirik”.
Dağlıq Qarabağın statusu məsələsinin həlli üçün təxmini şərtlərin olub-olmaması barədə suala diplomat mənfi cavab verdi. “Xeyr, son tarix yoxdur. Status məsələsi çox həssas mövzudur”.