Rusiya xəbər kanallarının “Youtube” hesabları Azərbaycanda bloklandı – FOTOFAKTbackend

Rusiya xəbər kanallarının “Youtube” hesabları Azərbaycanda bloklandı – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Youtube” Rusiya hökuməti tərəfindən maliyyələşdirilən media kanallarını bloklayıb.

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, onlayn video platforması Rusiyanın Ukraynaya hücumu zamanı zorakılıq hadisələrini inkar edən, minimallaşdıran və əhəmiyyətsiz göstərməyə çalışan kanallara qarşı bu addımı atıb.

Sözügedən formada paylaşılan videoların isə ümumiyyətlə yutubdan silinəcəyi bildirilib.

“Youtube”un sözcüsü Fərzad Şahdlunun sözlərinə görə, Rusiya xəbər kanallarının bloklanması platformanın siyasətinə tam uyğundur.

Dünən gecə saatlarından etibarən, azərbaycanlı istifadəçilər də Rusiyanın bir sıra xəbər kanallarının “Youtube”dakı paylaşımlarını izləyə bilmirlər.

Qeyd edək ki, “Youtube” daha əvvəl Rusiya hökuməti tərəfindən dəstəklənən “Sputnik” və “RT” kanallarının Avropada yayımını bloklamışdı.

Bizim.Media