Rusiya xalq artisti pensiyasının məbləğini açdı: “Adam dəli olar, vallah!”backend

Rusiya xalq artisti pensiyasının məbləğini açdı: “Adam dəli olar, vallah!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Biz cazdanıq” və “Qaqrada qış axşamı” filmlərinin ulduzu aktyor Aleksandr Pankratov-Çyornıy həmkarlarını dəstəkləyərək pensiyanın həcmini açıqlayıb.
Qaynarinfo “Teleproqramm” portalına istinadla xəbər verir ki, Pankratov-Çyornıya görə, o, 14 min 860 rubl təqaüd (400 AZN) və xalq artistləri üçün pensiyaya əlavə olaraq 30 min rubl (807 AZN) alır. Beləliklə, aktyorun pensiya ödənişləri 44 min rubl (1183,6 azn) təşkil edir.
“Əlbəttə, çox pul deyil. Yeməyə bəs edir, ancaq əyləncələrə qətiyyən”, – deyə aktyor şikayətlənərək əlavə edib ki, belə pulla dənizdə istirahətə getmək çətin mümkün ola.
Ayrıca, aktyor acıqla deyib ki, aylıq mənzil haqqını ödəyəndən sonra əlində çox az pul qalır:
“Bu, sadəcə soyğunçuluqdur. Ətrafda hamı deyir, mədəniyyəti dirçəltmək lazımdır. Ancaq mədəniyyət işçiləri yoxsulluq içində yaşayırlar. Siz hələ əyalətlərdə 9-11 min rubl (242-295 AZN) maaşla ailə-uşaq saxlayan artistləri düşünün!” – Pankratov-Çyornıy deyib.
70 yaşlı sənətçi Suzdal teatrının bir sənətçisi ilə söhbətindən də danışıb. Suzdallı aktyor ona deyib ki, cəmi 9 min (242 manat) rubl alır, ancaq onu xilas eləyən bostanında kartof əkməsidir.
“Yaxşı, birdən o bağ da olmayaydı? Vallah, adam dəli olar”, – xalq artisti qəzəbini gizlətməyib.
Xatıladaq ki, məşhur aparıcı Yelena Xanqa təqaüdünü (23 min rubl – 618 azn) açıqlayandan sonra sənətçilər bu kampaniyaya qoşularaq öz təqaüdlərinin məbləğini açıqlamağa başalyıb. Sovet və rus rejissoru Boris Qraçevski verdiyi açıqlamada təqaüdünün 27 min rubl (726 azn), “Nə? Harada? Nə vaxt?” televiziya şousunun 64 yaşlı bilicisi Aleksandr Druz isə pensiyasının Xanqadan da az olduğunu deyib.
Sovet-rus kino və teatr rejissoru, teleaparıcı, “Nika” film mükafatının təsisçisi və rejissoru bakılı 76 yaşlı Yuli Qusman məbləği açıqlamasa da, qəpik-quruş aldığını, müğənni-musiqiçi Yuri Loza 12 min rubl (322 azn), “Anşlaq” verilişinin aparıcısı Regina Dubovitskaya isə 16 min rubl (430 azn) aldığını açıqlayıblar.