Rusiya vətəndaşlarının Avropaya girişinə qadağa qoyulması təklif edildibackend

Rusiya vətəndaşlarının Avropaya girişinə qadağa qoyulması təklif edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves Rusiya vətəndaşlarının Avropa Birliyi ölkələrinə daxil olmasının qadağan edilməsini təklif edib.
TASS xəbər verir ki, bu barədə siyasətçi özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, qadağa müvəqqəti xarakter daşımalıdır. Rusiyalılara verilmiş vizalar dondurulmalı, yalnız fövqəladə hallar istisna edilməlidir.

Eks-prezidentin sözlərinə görə, hazırda Rusiya öz davranışları ilə Avropanın təhlükəsizliyini təhdid edir.

Qeyd edək ki, Toomas Hendrik İlves 2006-2016-cı illərdə Estoniya prezidenti olub.

Virtualaz.org-dan xatırlatma: Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlvesin özünün adı 2018-ci ildə Rusiyaya girişi qadağan olunan siyasətçilər siyahısına salınmışdı. O vaxt bu barədə KİV-ə verdiyi açıqlamasında İlves demişdi ki, bu onu təəccübləndirmir, çünki ona Rusiyaya giriş qadağası hələ Sovet İttifaqı dövründə tətbiq olunmuşdu. Siyasətçi onu da əlavə etmişdi ki, “Rusiyanın bir gün demokratik ölkə olacağına” ümid edir.

Görünür, ümidləri hələ doğrulmayıb…