Rusiya və Ukraynadan Ermənistana köçbackend

Rusiya və Ukraynadan Ermənistana köç

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Ermənistana bu ölkələrdən müvəqqəti gələnlərin, həmçinin daimi yaşayış üçün vətəndaşlıq almaq istəyənlərin sayı artıb.
 
Qaynarinfo xəbər verir ki, son 3-4 gündə Rusiyadan Ermənistan vətəndaşlığının alınması üçün xüsusilə yazışmalar, telefon danışıqları, prosedurlar üçün müraciətlər, tələb olunan sənədlər, vətəndaşlığın alınmasının şərtləri barədə bilgilərin öyrənilməsi dəfələrlə artıb. Bu məsələ ilə bağlı Rusiyada 100-dən çox zəng və müraciət edilib.
Bu, keçmişlə müqayisədə kifayət qədər böyük rəqəmdir və baş verənlərin Ukrayna ətrafında cərəyan edən hadisələrlə bağlı olduğu bildirilir.
Müraciət edənlərin sırasında Rusiya və Ukraynada yaşayan ermənilər də var. Ümumiyyətlə, müraciət edənlərin yarısı, yaxud dörddə biri ermənilərdir.
Hazırda Rusiyanın cənub bölgələri, Rostov-Don və Krasnodarla hava əlaqəsi yoxdur. Çünki həmin şəhərlərin hava limanları martın 8-dək bağlıdır. Bu müddət ərzində Ermənistana nə qədər adamın daxil olduğunu söyləmək çətindir.
Məlumatlara görə, Ukrayna hadisələri ilə əlaqədar Ermənistana gələnlər daimi olaraq bu ölkədə məskunlaşmaq istəyir. Bu istək təkcə Ermənistan pasportunu əldə etməklə məhdudlaşmır. Bura biznes qurmaq, yaxud mövcud biznes subyektlərini Ermənistana köçürmək, bank hesabı açmaq və təhsil almaq da daxildir.