Rusiya və Ukrayna Çernobıl AES-lə bağlı razılığa gəldibackend

Rusiya və Ukrayna Çernobıl AES-lə bağlı razılığa gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfi Ukrayna hərbçiləri ilə Çernobıl Atom Elektrik Stansiyasının (AES) təhlükəsizliyinin birgə təminatı ilə bağlı razılığa gəlib.

TİA.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya və Ukrayna enerji bloklarının və sarkofaqların təhlükəsizliyinə birgə nəzarət edəcəklər: “Rusiya hərbçilərinin Çernobıl AES-ə nəzarəti ələ keçirməsi onun təhlükəsizliyinə xələl gətirməmək üçün həyata keçirilib”.
Zaxarova əmin edib ki, Rusiya tərəfi bu obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindədir.