Rusiya və Ukrayna Çernobıl AES-in birgə mühafizəsi haqda razılığa gəldibackend

Rusiya və Ukrayna Çernobıl AES-in birgə mühafizəsi haqda razılığa gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya tərəfi Ukrayna hərbçiləri ilə Çernobıl Atom Elektrik Stansiyasının (AES) təhlükəsizliyinin birgə təminatı ilə bağlı razılığa gəlib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya və Ukrayna enerji bloklarının və sarkofaqların təhlükəsizliyinə birgə nəzarət edəcəklər: “Rusiya hərbçilərinin Çernobıl AES-ə nəzarəti ələ keçirməsi onun təhlükəsizliyinə xələl gətirməmək üçün həyata keçirilib”.
Zaxarova əmin edib ki, Rusiya tərəfi bu obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindədir.