Rusiya və Belarus daha bir oyunlardan kənarlaşdırıldıbackend

Rusiya və Belarus daha bir oyunlardan kənarlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Oyunları 2022-nin (XI Dünya Oyunları) Təşkilat Komitəsi Rusiya və Belarus idmançılarını turnirdən kənarlaşdırıb.

Bu barədə TİA.AZ yarışın rəsmi saytına istinadən xəbər verir.

Dünya Oyunları qeyri-olimpiya idman növləri arasında keçirilən beynəlxalq yarışlardır. Yarışlar 2022-ci ildə iyulun 7-dən 17-dək ABŞ-ın Birmingem şəhərində keçiriləcək. Yarışda 100-dən artıq ölkədən 3 600 elit idmançının çıxışı gözlənilir.