Tribuna İnformasiya Agentliyi

Rusiya vətəndaşlığını qəbul edən ermənilərin sayı artıb

02 May

2012-2017-ci illərdə Rusiya vətəndaşlığını qəbul edən əcnəbilərin sayı, təxminən, üç dəfə artıb.

Bu barədə “Report” RT-yə istinadən xəbər verir.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu rəqəm 95737-dən 257822 nəfərə qədər yüksəlib. Artımın, əsasən Ukrayna, Qazaxıstan, Tacikistan, Ermənistan və Özbəkistandan gələnlər hesabına olduğu göstərilib.

2017-ci ildə Rusiya pasportu ən çox ukraynalılara verilib – 85,119. Bu, beş il əvvəlki göstərici ilə müqayisədə, təxminən, yeddi dəfə çoxdur.

Bu baxımdan ötən il ikinci yerdə Qazaxıstan vətəndaşları (40718 nəfər), üçüncü yerdə isə Tacikistan vətəndaşları (293939) qərarlaşıblar.

Sakinləri Rusiya vətəndaşlığını alan ölkələrin ilk beşliyində həmçinin Ermənistan (25144) və Özbəkistan (23334) da var.