Tribuna İnformasiya Agentliyi

Rusiya və Belarus prezidentləri arasında mübahisə – VİDEO

07 Dekabr

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti ilə Minsk üçün təbii qazın qiymət mübahisəsindən sonra “görüşün ev sahibi” Vladimir Putinin qarşısında üzr istədiyini bildirib.

Modern.az xəbər verir ki, Aleksandr Lukaşenko bu barədə Sankt-Peterburqda danışıqlar bitdikdən sonra deyib: “Xoşagəlməz formada danışıqlar oldu, sonradan bugünkü görüşün ev sahibindən üzr istəməli oldum. Çox sərt danışıq idi. Eşitməsəz yaxşıdır. Gələn həftə Putinlə bütün sualları müzakirə etmək üçün görüşəcəyik”.

Belarus prezidenti Sankt-Peterburqda keçirilən Yüksək Avrasiya İqtisadi Şurasının iclasında “Qazprom”un Belarus üçün təbii qaz ixracı tarifinin azaldılmasını istəmişdi.