“Rusiya Ukraynaya hücum etməyib”: Lavrovun bu ağ yalanını necə anlamaq olar?backend

“Rusiya Ukraynaya hücum etməyib”: Lavrovun bu ağ yalanını necə anlamaq olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu, özünün işğalçılıq siyasətinə haqq qazandırmaq cəhdidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ukraynalı həmkarı Dmitri Kuleba ilə görüş barədə danışarkən “Digər ölkələrə hücum etmək fikrimiz yoxdur.
Heç Ukraynaya da hücum etməmişik” fikrinə münasibət bildirərkən deyib:
“Bu, həm də beynəlxalq hüquq və dövlətlərarası fərdi münasibətlərlə bir araya sığmayan yanaşmadır. Sən kimsən ki, belə addım atırsan? Sənə o, hüququ kim verib?”
Həmsöhbətimizin fikrincə, Lavrovun bu sayaq açıqlaması sadəcə olaraq Rusiya ictimaiyyətinə yönəlik, bir qədər də beynəlxalq ictimaiyyətin Moskvanın üzərinə gəlməsindən keçirilən narahatlıqdan doğan bir yalandır:
“Rusiyada psixoloji olaraq belə düşüncə var ki, dünyanın ən böyük dövlətidir, əlində kifayət qədər hərbi güc var. Ona görə də dünya Rusiya ilə hesablaşmalı, onun istəklərini yerinə yetirməlidir. Rusiya XİN rəhbərinin belə yanaşma tərzi həm də onu göstərir ki, artıq şimal ölkəsi rəhbərliyində ən təcrübəli diplomat belə real vəziyyətdə öz imkanlarının nə qədər aşağı olduğunu anlayır. Lavrovun həmin açıqlaması da məhz ondan doğan bir narahatlıqdır”.