Rusiya Ukraynanın şərqinə yeni hücuma hazırlaşırbackend

Rusiya Ukraynanın şərqinə yeni hücuma hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Ukraynanın şərqindəki qüvvələrini Donabasa yeni hücumdan qabaq cəmləşdirməyə və gücləndirməyə çalışır.
TİA.AZ Politico-ya istinadən xəbər verir ki, adının çəkilməsini istəməyən Pentaqon rəsmisi açıq mənbələrdə şəkilləri çəkilmiş Donbas ətrafındakı İzyum şəhərinə doğru hərəkət edən rus hərbi maşınlarına işarə edərək xəbərdarlıq edib.
ABŞ-ın qiymətləndirəmələrinə görə, hərbi maşın konvoyuna hücum və nəzarət elementləri, dəstək batalyonu, həmçinin aviasiya və digər piyada dəstəyi daxildir.
“Biz inanırıq ki, bu, rusların Donbasda mövcudluğunu və imkanlarını artırmaq üçün erkən cəhdləridir, – ABŞ müdafiə rəsmisi bildirib. – Baş verənlər bizim əvvəldən dediklərimizin açıq sübutudur. Rusiya daha çox imkanlarını Donbasa istiqamətləndirmək istəyir”.
Qeyd edək ki, Amerika Milli Təhlükəsizlik müşaviri Cek Sallivan Amerikanın Ukraynaya özünü Rusiyadan qorumaq üçün ehtiyacı olduğu silahları verəcəyini bildirib.