Rusiya Ukraynanın iki şəhərində sükut elan etdibackend

Rusiya Ukraynanın iki şəhərində sükut elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya tərəfi martın 5-də yerli vaxtla saat 10:00-dan etibarən Ukraynanın iki şəhərində sükut elan edib.
Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
“Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin çıxması üçün bu gün, martın 5-də saat 10-dan sükut rejimi elan olunur və humanitar dəhliz açılır”, – deyə nazirlik qeyd edib.
Məlumata görə, humanitar dəhliz və marşrut Ukrayna tərəfi ilə razılaşdırılıb.