Rusiya Ukraynanın hərbi itkilərini açıqladıbackend

Rusiya Ukraynanın hərbi itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək 2300-dən çox tankı və digər zirehli texnika məhv edilib.

TİA.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 139 təyyarə, 483 pilotsuz uçuş aparatı (PUA), 250 zenit-raket kompleksi, 2326 tank və digər zirehli döyüş texnikası, 254 reaktiv yaylım atəşi sistemi, 1004 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2184 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”, – Rusiya MN sözçüsü vurğulayıb.