Rusiya Ukraynanı bölməyə hazırlaşır – Saakaşvilibackend

Rusiya Ukraynanı bölməyə hazırlaşır – Saakaşvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kiyev Rusiyanın Ukrayna regionlarında təsirini gücləndirməsindən və ölkəni balkanlaşdırmasından qorxur.
Axar.az xəbər verir ki, bunu Ukrayna Milli İslahatlar Mərkəzinin İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili deyib.
“Biz Rusiyanın Ukraynada islahatların olmamasından fayda götürəcəyi situasiyaya düşmüşük. Bununla bağlı dəlilləri bəzi açıq informasiya mənbələri və bir sıra kəşfiyyat mənbələrində görürük. Əsas təhlükə ayrı-ayrı regionların Rusiya təsirinə düşə biləcəyidir. Bu, balkanlaşma ssenarisidir. Biz hər şeyi edəcəyik ki, o reallaşmasın”, – deyə o bildirib.