Rusiya Ukraynadan ərzaq məhsullarının idxalını qadağan etdibackend

Rusiya Ukraynadan ərzaq məhsullarının idxalını qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökuməti Ukraynadan gətirilməsi qadağan olunan məhsulların siyahısını artırıb.

TİA.AZ xəbər verir ki, bu barədə hüquqi məlumat portalında məlumat dərc edilib.
Qadağan olunmuş məhsullar siyahısına şəkər, makaron, mayonez, ketçup, souslar, ləzzət və qarışıq ədviyyatları hazırlamaq üçün məhsullar, şorba və hazır bulyonlar, tərkibində şirniyyat və dadlabdırıcılar olan məhsullar, mineral və qazlı sular, dondurma və digər qida buzları, qızardılmış dənli lopa və digərlərinə əsaslanan müsli növləri daxildir.

Xalis çəkisi 20 ton və ya daha az olan qablarda arpa, palma yağı və onun fraksiyaları, hazır və ya konservləşdirilmiş ət məhsulları, xərçəngkimilər, molyusklar, heyvan yemi üçün istifadə olunan məhsullar, həmçinin tort idxal etmək qadağandır.

Müxtəlif növ taxta, qutular, yeşiklər, qablaşdırma qəfəsləri, baraban və altlıq idxalı məhdudlaşdırılıb.

2018-ci ildə Rusiya Prezidenti Vladimir Putin “Ukraynanın Rusiya Federasiyasının vətəndaşlarına və hüquqi şəxslərinə qarşı dost olmayan hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərman imzalayıb. Bu il “Birbaşa Xətt” zamanı Rusiya dövlətinin başçısı Ukrayna xalqının dost olmayan bir xalq olmadığını söyləyib. O, rusları və ukraynalıları bir xalq hesab etdiyini vurğulasa da, Ukraynaya qadağalar tətbiq edib.