“Rusiya Ukraynadakı müharibəyə 400 min “zombi” göndərə bilər”- Mixail Pritulabackend

“Rusiya Ukraynadakı müharibəyə 400 min “zombi” göndərə bilər”- Mixail Pritula

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada hər gün 2-3 min rus 18 yaşını tamamlayır. Bu şəxslər gələcəkdə orduya çağırıla bilərlər”.

TİA.AZ xəbər verir ki, bunu “Espresso” telekanalının efirində ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Mixail Pritula deyib.Ekspert bildirib ki, Rusiyanın “hinterland”ındakı həyat olduqca acınacaqlıdır: “Bu ərazilərdə bərbad vəziyyətdə olan şəhərlər və kəndlər yerləşir. Bu bölgələrdə yaşayan insanlar iki şey istəyir- Vodka və Rusiya uğrunda ölmək. Hazırda Rusiyada 300-400 min belə insan var”.

“Onlar Putinin dövründə böyüyüblər və “zombiləşiblər”. Onlar fərqli bir həyat görməyiblər. Rusiya rəhbərliyi bu kontingenti sərəncama çıxara və bu 300-400 min “zombi”ni müharibəyə göndərə bilər. Onların 2-3 faizi normal düşünmə qabiliyyətinə sahibdirlər”,-deyə ekspert bildirib.