Rusiya Ukraynada dəmiryol vağzalını vurduğunu dandı: “Ukrayna özü vurub” (FOTO)backend

Rusiya Ukraynada dəmiryol vağzalını vurduğunu dandı: “Ukrayna özü vurub” (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kramatorskda (Donetsk vilayəti) dəmiryol vağzalı atəşə tutulub, insanlar həlak olub. Obyektə raket zərbəsi endirilib.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu sözlər Rusiya Müdafiə Nazirliyinin məlumatında yer alıb.
Rusiya tərəfinin məlumatına görə, hücumun qurbanları 17 nəfər olub, daha 36 mülki şəxs yaralanıb.
Agentlik vurğulayıb ki, hadisə yerində yalnız Ukrayna ordusunun xidmətində olan “Toçka-U” taktiki raketinin fraqmentləri aşkar edilib.
Nazirlik Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya hərbçilərinin stansiyanı vurması ilə bağlı ittihamlarına cavab verib. “Bu cür bəyanatlar təxribatdır və qətiyyən həqiqətə uyğun deyil”, – Müdafiə Nazirliyi bildirib və əlavə edib ki, bu gün Rusiya silahlı qüvvələrinin Kramatorsk bölgəsində hər hansı atəş missiyası olmayıb və ya planlaşdırmayıb.
Separatçı Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin də Ukrayna Silahlı Qüvvələrinin təxribat törətdiyini açıqlayıb.