“Rusiya Ukraynada biabırçı bir formada məğlub olacaq” – Qabil Hüseynlibackend

“Rusiya Ukraynada biabırçı bir formada məğlub olacaq” – Qabil Hüseynli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ukrayna bütün istiqamətlərdə Rusiyanın hücumunu dayandırıb, müharibədə Ukraynanın xeyirinə əsaslı dönüş baş verib”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, qeyd edib ki, Rusiyanın uzağı 4-5 günlük resursları qalıb: “Rusiya-Ukrayna müharibəsində artıq əsaslı dönüş baş verib, bu əsaslı dönüş Ukraynanın xeyirinə baş verib. Ukrayna bütün istiqamətlərdə Rusiyanın hücumlarını dayandırıb. Bəzi yerlərdə isə əks hücuma keçməyə başlayıb. Rusiya isə tələm-tələsik sülh danışıqları təklifini irəli sürüb. Mənə belə gəlir ki, Rusiyanın uzağı 4-5 günlük resursları qalıb”.
Politoloq qeyd edib ki, artıq Ukraynanın Rusiya üzərində qələbə çaldığını söyləmək mümkündür: “4-5 gün də Ukrayna ordusu bu cür davam etsə, Rusiya biabırçı bir formada Ukraynda məğlub olacaq və heç oradan tör-töküntülərini yığıb çıxara da bilməyəcək. Ona görə də, artıq Ukraynanın Rusiya üzərində qələbə çaldığını söyləmək mümkündür”.