Rusiya Ukrayna sərhədinə qoşun yığdı, ABŞ hərbi gəmisi Qara dənizə girdi (FOTO)backend

Rusiya Ukrayna sərhədinə qoşun yığdı, ABŞ hərbi gəmisi Qara dənizə girdi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir həftə ərzində ikinci ABŞ gəmisi Qara dənizə girib. Təlimləri keçirmək üçün ora “USS Mount Whitney” raket esminesi göndərilib.
TİA.AZ xəbər verir ki, bu haqda ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanması Twitter-də bildirib.
Bu esminesin NATO və ABŞ-ın regiondakı tərəfdaşları ilə birgə əməliyyatlar keçirməsi planlaşdırılır.
Oktyabrın 29-da qanadlı raketlərlə təchiz edilmiş Amerikanın “USS Porter” esminesi Qara dənizə daxil olub. O da müttəfiqlərlə birgə manevrlərdə iştirak edəcək.
Gəmilərin Qara dəniz ərazisinə daxil olması ilə bağlı məlumatlar Rusiyanın Ukrayna sərhədlərinə qoşun çəkməsi ilə bağlı yeni xəbərlər fonunda ortaya çıxıb.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri oktyabrın 29-da Qara və Aralıq dənizində əməliyyatlara başlayıb. Onlara ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanması, Dəniz Hücum Qüvvələri və NATO Dəstək Qüvvələri daxil olacaq.