RUSİYA-UKRAYNA SAVAŞINA GÖRƏ BAKIYA QARŞI TƏZYİQ DALĞASI – QƏRBİN PLANI NƏ?backend

RUSİYA-UKRAYNA SAVAŞINA GÖRƏ BAKIYA QARŞI TƏZYİQ DALĞASI – QƏRBİN PLANI NƏ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresi Qarabağdakı separatçı rejimə pul ayırır. TİA.Az xəbər verir ki, Avropa Parlamenti Qarabağda “erməni abidələrinin dağılması” ilə bağlı Azərbaycana qarşı qətnamə qəbul edib. Həmçinin, “Freedom House” Qarabağı ayrıca “respublika” kimi göstərir.
Siyasi ekspert Asif Nərimanlı deyir ki, bölgədə sülhməramlı kontingent saxlayan Rusiya sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, əməldə fərqli mövqe sərgilədiyi kimi, Qərb də sözdə və əməldə fərqli mövqedən çıxış edir: “İndi Bakıya qarşı təzyiq dalğasının başlanması isə Rusiya-Qərb qarşıdurması fonunda təsadüfi deyil və məsələ təkcə erməni diasporu/lobbisinin təsiri ilə məhdudlaşmır. Yaxın dövrdə Qərb mediası və təşkilatlarında “Qarabağda ermənilərin humanitar fəlakəti” adlı genişmiqyaslı kampaniyaya start verilsə, heç də təəccüblü olmayacaq”.

TİA.Az