Rusiya – Ukrayna müharibəsi bu tarixdə bitəcək – AÇIQLAMAbackend

Rusiya – Ukrayna müharibəsi bu tarixdə bitəcək – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Müharibə çox güman ki, Rusiyanın məğlubiyyəti, Ukraynanın qələbəsi ilə bitəcək”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
O, qeyd edib ki, Rusiyanın şərtləri Ukrayna üçün çox ağırdır və Zelenski onları qəbul edə bilməz:
“Rusiya-Ukrayna müharibəsində akt imzalamaqla məğlubiyyət gözlənilmir. Amma çox güman ki, müharibə Rusiyanın məğlubiyyəti, Ukraynanın qələbəsi ilə bitəcək.
Zərdüşt Əlizadə müharibənin aprelin sonu və ya mayın əvvəlində bitəcəyini proqnozlaşdırdığını deyib:
“Bu müharibə 1 aydan, ay yarımdan sonra qurtara bilər. Ola bilər ki, tərəflər indi hansısa qarşılıqlı güzəşt əsasında razılaşmaya yaxındırlar. Amma bu şərtlər Ukrayna üçün çox ağırdır və Zelenski onları qəbul edə bilməz. Ordusu da müqavimət göstərir və rəşadətlə döyüşür. Məncə, bu şəraitdə döyüşlər yenə də davam edəcək. Azı aprelin sonuna qədər, bu olmasa, ən geci mayda dayanacaq, tərəflər tükənəcək və hansısa güzəşt əsasında sülh müqaviləsi imzalanacaq”.
Politoloq deyib ki, müharibə hər iki ölkənin iqtisadiyyatını çökdürəcək:
“İstənilən halda hər iki tərəf nəsə itirir. Rusiya xeyli canlı qüvvə, silah itirib, hörmətini itirib, əlaqələrin, iqtisadiyyatını itirib. Ukrayna isə canlar itirib, xeyli mülki şəxs ölüb, şəhərləri dağılıb. Yəni müharibə hər zaman hər iki tərəfə ziyan vurur. İstər Ermənistan-Azərbaycan müharibəsi olsun, istər Rusiya-Ukrayna müharibəsi olsun və s. müharibə hər zaman fəlakətdir”.