“Rusiya-Ukrayna müharibəsi başlayandan 10-dan artıq ölkədən qazla bağlı müraciət almışıq”backend

“Rusiya-Ukrayna müharibəsi başlayandan 10-dan artıq ölkədən qazla bağlı müraciət almışıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Biz Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin avropalıların gündəliyində ən aktual məsələlərdən biri olduğunu görürük”.
TİA.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib.

“Burada interkonnektorlar ilə bağlı müzakirələr gedir və onlardan biri – Yunanıstan-Bolqarıstan interkonnektoru istismara verilməyə yaxındır. Həmin qəbildən olan digər layihələr də var. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Ümumilikdə deyə bilərəm ki, Rusiya-Ukrayna müharibəsi başlayandan biz qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər almışıq. Burada bizdən bu vaxta qədər onsuz da qaz alan ölkələr də var – Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan və digərləri”, – deyə o, qeyd edib,