Kiyevdə vaxtilə Ukrayna və Rusiya arasında dostluğu təmsil edən heykəl dağıdılıb.
TİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Ukrayna paytaxtının mərkəzindəki nəhəng abidənin sökülməsi əmri şəhərin meri Vitali Kliçko tərəfindən verilib. O bildirib ki, Rusiya milyonlarla ukraynalının normal həyatını məhv edib və Avropada sülhü pozub.
Heykəlin sökülməsini izləmək üçün toplaşan izdiham proses tamamlanan zaman bunu alqışlarla qarşılayıblar.