Rusiya TV-lərinin Qarabağdan təxribatçı reportajlarının arxasında nə dayanır?backend

Rusiya TV-lərinin Qarabağdan təxribatçı reportajlarının arxasında nə dayanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Açıq şəkildə elan etməsələr də, görünən niyyət odur ki, Rusiya Qarabağda yaşayan erməniləri daha çox öz vətəndaşları kimi himayə etmək barədə düşünür”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Rusiyanın TVC kanalı timsalında bu ölkənin bir sıra televiziya kanallarının Azərbaycanın Qarabağ bölgəsinin şimal dövlətindən olan sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində hazırladıqları təxribat xarakterli verilişlərinə münasibət bildirərkən deyib.
Həmsöhbətimiz qeyd etdi ki, bu sayaq təxribatyönümlü reportajlar Rusiyanın Qarabağın ermənilər yaşayan hissəsində öz nəzarətləri altında olan anklav yaratmaq istəklərindən qaynaqlanır:
“Rusiya Qarabağla bağlı 1988-ci ildən bəri sərgilədiyi mövqeyi indi də davam edir. O illərdə həmin ərazidə Volskinin rəhbərliyilə Xüsusi Komitə yaradılmışdı. Həmin Xüsusi Komitə o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinə nə Azərbaycanın, nə də Ermənistanın tərkibində deyil, ayrıca özünün, yəni SSRİ-nin nəzarətində olan anklav qurum kimi yanaşırdı. İndi də Rusiyada bəziləri Qarabağın ermənilər yaşayan hissəsində Rusiyanın təsiri altında olan bir anklav yaratmaqla bölgəyə təsir güclərini saxlamağı düşünürlər. Düzdür, bu siyasət açıq şəkildə Rusiya dövləti tərəfindən bəyan edilməsə də, mətbuat, televiziya vasitəsilə və Qarabağdakı sülhməramlı qüvvələrin hərəkəti vasitəsilə anoloji siyasətlərini davam etdirirlər”.
Politoloq bildirdi ki, Rusiya sülhməramlılarının Qarabağa gəlməsinin ardınca bu ölkənin bir sıra digər dövlət qurumlarının da sosial, humanitar bəhanələr adı altında həmin ərazilərimizə gələrək, burada özlərinin yerli strukturlarını qurmaları da məhz həmin çirkin məqsədə xidmət edir:
“Bu da Moskvanın Qarabağda öz himayəsində olan rejimi yaratmaq isəyindən qaynaqlanır. Rusiya televiziya kanallarının sözügedən ərazidən hazırladıqları belə reportajlar da bu mənada  da məhz həmin məqsədə xidmət edir. Çünki Moskvanın Azərbaycan və Ermənistana başqa formalarda təzyiq göstərmək imkanları azalıb. Amma Rusiyanın bu dağıdıcı iddiasının ona nə dərəcədə uduş gətirəcəyini indidən demək çətindir. Rusiya kifayət qədər zəifləyir”.