backend

Rusiya Türkiyəyə qazı lirə ilə satacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Türkiyə arasında əməliyyatların bu ölkələrin milli valyutaları ilə aparılması istiqamətində müzakirələr davam edir.  

Rusiya ilə Türkiyə arasında əməliyyatların bu ölkələrin milli valyutaları ilə aparılması istiqamətində müzakirələr davam edir. 

Enerji sahəsində 8 milyard dollarlıq qaz idxalının türk lirəsi ilə aparılması planlaşdırılır.

TİA.AZ xəbər verir ki, Türkiyə ilə Rusiya arasındakı enerji ticarətinin TL ilə aparılmasının detalları dəqiqləşdirilir. Əldə edilən məlumatlara görə, təbii qaz ticarətindən sonra digər sahələrə də bu tətbiq ediləcək. Ticari əməliyyatlarda müəyyən nisbətdə rubldan, müəyyən nisbətdə isə türk lirəsindən istifadə olunacaq.

Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrakın Rusiyaya son səfərində iki ölkənin Mərkəz Banklarının bu istiqamətdə görəcəyi işlər müzakirə edilib.

Xatırladaq ki, Türkiyə 2015-ci ildə Rusiyadan 8 milyard 174 milyon dollarlıq neft qazları və digər qazlı hidrokarbon idxal edib. Təbii qazdan əlavə neft yağları və bitümenli minerallardan əldə edilən yağ idxalına 2milyard 469 milyon dollar ödənib. Xam neft idxalı üçün ödənən rəqəm isə 1 milyard 146 milyon dollar olub. 2015-ci ildə Rusiyadan həyata keçirilən idxalın ümumi həcmi 20.4 milyard dollar olub.