Rusiya Türkiyə vətəndaşlarına vizaların verilməsini bərpa etdibackend

Rusiya Türkiyə vətəndaşlarına vizaların verilməsini bərpa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Türkiyə vətəndaşlarına vizaların bütün növlərinin verilməsini bərpa edib. 
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Rusiya Federasiyasının Ankaradakı səfirliyi Tvitterdə yayıb.
“İyulun 29-dan etibarən Rusiyanın Sərhəd Xidməti Türkiyə vətəndaşları və Türkiyə ərazisində yaşamaq icazəsi almış xarici vətəndaşlara bütün kateqoriyalı vizaların verilməsini bərpa edir”, – açıqlamada deyilir.
Diplomatların qeyd etdiyi kimi, Rusiya Federasiyasına viza üçün müraciət edərkən Türkiyə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 ilə bağlı test nəticəsini təqdim etmək lazımdır. Rusiya sərhədini keçən bütün xarici vətəndaşlardan Rusiyaya gəlməzdən əvvəl üç gün əvvəl edilən bir polimeraz zəncirvari reaksiya (PCR) testindən keçdiklərini təsdiqləyən bir sənədin olması tələb olunur.
Bundan bir qədər əvvəl Rusiya Turoperatorları Birliyi (ATOR) veb saytında Türkiyəyə turistlərin girişi üçün yeni qaydaları dərc edib. Yeni qaydaya görə, təyyarəyə yalnız koronavirus əlamətləri olmayan turistlər buraxılacaq.
Xatıladaq ki, Rusiya koronavirus pandemiyası səbəbiylə türkiyə vətəndaşlarına vizaların verilməsini dayandırmışdı.