Rusiya təyyarələri Ukrayna tərəfindən Belarusun yaşayış məntəqələrini atəşə tutubbackend

Rusiya təyyarələri Ukrayna tərəfindən Belarusun yaşayış məntəqələrini atəşə tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 11- də Rusiya təyyarələri Belarusun Kopani yaşayış məntəqəsinə zərbələr endirib, bununla Belarus Silahli Qüvvələrini Ukraynaya qarşı müharibəyə cəlb etmək məqsədi güdülüb.

TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna HHQ komandanlığının mətbuat xidməti məlumat verib.

Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən qeyd edilir ki, Rusiya təyyarələri Belarus ərazisindəki hava limanından havaya qalaxaraq Ukrayna ərazisinə keçib, daha sonra Ukraynanın Rovensk vilayətinin Qorodiçi və Tumen yaşayış məntəqələrinin üzərindən dönüş edərək Belarusun Brest vilayətinin Kopani yaşayış məntəqəsinə zərbələr endirib.

“Hazırda 9-cu sərhəd dəstəsi düşmən tərəfindən bu yaşayış məntəqəsinin tutulmasını müşahidə edir. Bu, təxribatdır! Məqsəd Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etməkdir”, – komandanlıqdan vurğulayıblar.

Bundan başqa, Ukrayna SQ-nın məlumatına görə, Brest vilayətinin Buxliçi və Verxni Telebejov yaşayış məntəqələri də Rusiya ordusu tərəfindən atəşə tutulub.

Dövlət Sərhəd Xidməti Rusiya təyyarəsinin manevrinin videogörüntüsünü yayıb.
Ukrayna DSX məlumatına görə, söhbət iki qırıcı təyyarədən gedir. Onlar əvvəlcə Ukraynanın, sonra isə Belarusun yaşayış məntəqələrinə hücum edib, – sərhədçilər vurğulayıb.