Rusiya tankları Slavutiç şəhərində: Şəhər meri qaçırıldıbackend

Rusiya tankları Slavutiç şəhərində: Şəhər meri qaçırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya hərbi texnikası Ukraynanın Slavutiç şəhərinə daxil olub.
TİA.AZ xəbər verir ki, sosial şəbəkələrdə  Rusiya tanklarının hərəkət etdiyi video yayımlanıb. Hadisə şahidlərinin lentə aldığı kadrlarda dinc insanlar istiqamətində atəş açılmasının səsləri eşidilir.Yüzlərlə vətəndaş hələ səhər saatlarından Ukraynanın böyük bayrağını açaraq şəhərin mərkəzində etiraz aksiyası keçirib. Kiyev Regional Hərbi İdarəsinin rəisi Oleksandr Pavlyuk səhər saatlarında rus qoşunlarının havaya atəş açdığını və insan izdihamı olan yerlərə səs qumbaraları atdığını bildirib.
O əlavə edib ki, rusiyalı hərbçilər şəhər meri Yuri Fomiçevi qaçırıblar. Şəhər şurası öz işini davam etdirir.