Rusiya SWIFT- dən ayrılmayacaqbackend

Rusiya SWIFT- dən ayrılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin şöbə müdiri Dmitri Biriçevski ölkəsinin SWIFT-dən ayırmaq təhlükəsinin olmadığını bildirib.
TİA.AZ RİA Novosti nəşrinə istinadən xəbər verir ki, RF Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski Rusiyanın qısa zamanda alternativ SWIFT sistemi yaratmaq niyyəti olmadığını, işin başa çatması üçün dəqiq vaxt müəyyən edilmədiyini bildirib.

Bir müddət əvvəl Biriçevski agentliyə verdiyi müsahibədə Rusiyanın SWIFT analoqu yaratmaq üzərində işlərə başladığını söyləmişdi.

“Düşünürəm ki, bu iş uzun müddət davam edəcək və bunu ən qısa müddətdə başa çatdırmaq kimi bir məqsədimiz yoxdur. Maliyyə müstəqilliyimizi, ödəniş müstəqilliyimizi gücləndirmək siyasəti çərçivəsində daimi nizamlı işdir. İşlər uzun müddətdir davam edir”, – diplomat deyib.

O, təxmini başaçatma tarixi ilə bağlı suala mənfi cavab verib:
“Xeyr. Hədəf oriyentiri belə yoxdur. Tərəfdaşlarla işləyirik. Bəziləri ilə proses sürətlə gedir, anvcaq bəziləriylə danışıqlar yenicə başlayıb. Ona görə də, bunu sistemli şəkildə davam etdirəcəyik. Bu iş daimidir, onun bir və ya iki il sonra bitəcəyini gözləmək lazım deyil”, – Biriçevski vurğulayıb.

Diplomat onu da bildirib ki, hələlik Rusiyanı sistemdən ayırmaq təhlükəsi yoxdur.
“Bizi SWIFT -dən ayırmaq təhlükəsi hələ görünmür. Düşünürəm ki, hipotetik kəsilmə bazarla bağlı yox, sırf siyasi tədbirdir. Hələlik buna heç kim hazır deyil, bundan hər kəs yalnız uduza bilər”, – diplomat bildirib.

SWIFT dünyanın, demək olar ki, bütün ölkələrində 11 mindən çox iri təşkilatın bağlı olduğu məlumat və ödənişlərin köçürülməsi üzrə beynəlxalq banklararası sistemdir. Mətbuatda Qərbin sərt sanksiyalarından biri olaraq Rusiyanın bu sistemdən ayrılacağı barədə müntəzəm məlumatlar gedir. Rusiya Federasiyasının beynəlxalq ödəmə sistemlərindən ayrılması risklərinə baxmayaraq, bu hələ ki mümkün görünmür.

Rusiyanı SWIFT-dən ayırmaq o qədər də asan deyil. AB -nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrellin sözlərinə görə, SWIFT beynəlxalq özəl bir təşkilatdır, bu mənada Avropa Birliyinin Rusiya Federasiyasını ondan ayırmaq səlahiyyəti yoxdur. Rusiyanın AB-dəki daimi nümayəndəsi Vladimir Çijov RİA Novosti-yə bildirib ki, Rusiya Federasiyası Qərb siyasətçilərinin onu SWIFT-dən ayırma ehtimalı ilə bağlı açıqlamalarında heç bir təhlükə hiss etmir, bu baş versə belə, fəlakət olmayacaq.

SWIFT-dən ayrılma ehtimalı baş tutacağı halda, yerli banklar ortaya çıxacaq risklərə cavab olaraq Rusiya maliyyə vəsaitlərinin köçürülməsi üçün öz sistemlərini yaradıblar.