Rusiya sülhməramlıları separatçılara yardım edir – Arutyunyandan açıqlamabackend

Rusiya sülhməramlıları separatçılara yardım edir – Arutyunyandan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarabağdakı erməni qanunsuz silahlı dəstələrinin gücləndirilməsi istiqamətində iş aparılır.
Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə separatçıların rəhbəri Araik Arutyunyan bildirib. Onun sözlərinə görə, “təmas xətti”ndə təkcə qondarma “müdafiə orudusu”nun deyil, həmçinin yerli sakinlərin də imkanlarından istifadə olunacaq.
Arutyunyan deyib ki, Qarabağda qəbul etdikləri “qanuna” əsasən bundan sonra “təmas xətti” boyunca yerləşən kəndlərin sakinləri sərbəst şəkildə silah əldə edə və gəzdirə biləcək. Eyni zamanda həmin kəndlərdə “hüquq-mühafizə orqanları əməkdaşları”nın sayı artıralacaq. Onların da əksəriyyəti elə həmin kəndlərin sakinləri olacaqlar. Bu məqsədlə kənd sakinlərinə xitab edən seprataçıların lideri bildirib ki, bu işlərdə çalışmaq istəyənlər “milli təhlükəsizlik xidməti”nə müraciət edə bilər.
Arutyunyan əlavə edib ki, Qarabağdakı separatçılar bölgədə müxtəlif təhlükəsizlik risklərinin qarşısının alınması və aradan qaldırılması üçün Rusiya sülhməramlıları ilə əməkdaşlıq edirlər:
“Müxtəlif səylərlə biz “öz təhlükəsizlik imkanlarımızdan” və Rusiya sülhməramlı qoşunlarının verdiyi hərbi-siyasi təminatlardan istifadə edərək, əhalimizin təhlükəsizlik səviyyəsini davamlı olaraq artırmaq üçün əlimizdən gələni edəcəyik”.