Rusiya şirkətlərinin 89 faizi sanksiyalardan zərər görürbackend

Rusiya şirkətlərinin 89 faizi sanksiyalardan zərər görür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sivil dünya tərəfindən Rusiyaya qarşı irəli sürülən sanksiyalar Rusiya şirkətlərinin 89 faizinə zərər verir.

Bu barədə Rusiyanın «İnterfaks» nəşri yazıb.

Rusiyadakı şirkətlərin 77,4 faizi sanksiyalara adaptasiya olunacağına ümid edir, amma neqativ effekt onsuz da hiss olunur, tədqiqatda deyilir.

Şirkətlərin 11,7 faizi biznesi dayandırıb – tamamilə və ya qismən, respondentlərin 67,1 faizi bəyan edib ki, iqtisadi staqnasiyanı hiss edir.

Rəyi soruşulanların yalnız 10,9 faizi bəyan edib ki, onların biznesi əvvəlki kimi sabitdir və genişlənməkdə davam edir. Rəyi soruşulan şirkətlər sanksiyaların doğurduğu çətinlik kimi, idxal üzrə kassa fərqini, tələbatın enməsini və qırılmış daşınma zəncirini göstəriblər.

50 faizdən artıq respondent hesab edir ki, Rusiya hökuməti sanksiyalar şəraitində biznesin işləməsi üçün kifayət qədər iş görmür, 35 faiz hesab edir ki, hakimiyyətin fəaliyyəti sabit və effektlidir.