“Rusiya şəhərləri tuta bilmir, ona görə də Suriya və Çeçenistanda olduğu kimi onları bombalayır”backend

“Rusiya şəhərləri tuta bilmir, ona görə də Suriya və Çeçenistanda olduğu kimi onları bombalayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya Ukrayna şəhərlərini tuta bilmir, ona görə də Suriya və Çeçenistanda olduğu kimi onları bombalayır”
TİA.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bildirib.
Onun sözlərinə görə, rus qoşunları şəhərləri “ayrılmadan” bombardman edir:
“Mariupolda olanlar şübhəsiz ki, hərbi cinayətdir. Rusiya şəhərləri ələ keçirə bilmir, Ukrayna müqaviməti çox güclüdür, ona görə də Suriyada və ya Çeçenistanda etdiklərini edir – bombalayır. Rusiya ordusu artilleriya ordusudur. Beləliklə, o, fərq qoymadan bombalayır – bu, xəstəxanadır, səkilərdir, evlərdir fərq etmir”.

O, həmçinin əlavə edib ki, Ukraynada baş verənlərdən sonra Rusiya ilə münasibətlər kökündən dəyişəcək: “Biz Avropa tarixində yeni səhifəyə, hətta qlobal geosiyasətdə də yeni səhifəyə qədəm qoymuşuq”.