“Rusiya qeyri-normal və təcavüzkar ölkədir” – Polşanın Prezidentibackend

“Rusiya qeyri-normal və təcavüzkar ölkədir” – Polşanın Prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Prezidenti Anjey Duda Gürcüstana səfəri zamanı Rusiyanı təhqir edib.

Duda Gürcüstan dağları fonunda müsahibə verib və Rusiyanın davranışını aqressiv və imperiyapərəst adlandırıb.

«Rusiyanın davranışı – aqressivdir, imperiyapərəstdir və insanların normal həyatını əlindən alır, dövlətləri dağılmağa, hərbi vəziyyətlərə, insanların həlak olmasına gətirir. Bu fəaliyyəti beynəlxalq birlik qəbul edə bilməz. Rusiya qeyri-normal ölkədir» – Duda bəyan edib.

O, bir neçə dəfə təkrar edib ki, Rusiya qeyri-normal dövlətdir və fikrini belə tamamlayıb: «Bu, təcavüzkar ölkədir».