Tribuna İnformasiya Agentliyi

Rusiya prezidentindən “G8” açıqlaması

11 İyun

“Rusiya “G8” sammitini tərk etməyib”.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Çinin Tsindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

““Yeddilik” və ya “səkkizliyə” qayıtmağa gəlincə qeyd edim ki, biz ondan çıxmamışıq. Həmkarlarım məlum səbəblərə görə Rusiyaya gəlməkdən imtina ediblər. Hamınızı Moskvada görməkdən məmnun olacağam”, – deyə Putin söyləyib.