Rusiya prezidenti dünya çempionatındakı favoritini açıqlayıbbackend

Rusiya prezidenti dünya çempionatındakı favoritini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin dünya çempionatındakı favoritini açıqlayıb.

“Report” EFE agentliyinə istinadən xəbər verir ki, o, İspaniya milli komandasını əsas favoritlər arasında gördüyünü söyləyib.

V.Putin beynəlxalq mətbuat nümayəndələri ilə görüşdə bildirib ki, Rusiya ölkə infrastrukturunun müasirləşdirilməsini istəyir və futbol üzrə dünya çempionatını keçirməyə qadirdir: “Biz bu dünya çempionatının hamı üçün bayram olmasını istəyirik və buna nail olacağıq”.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.