Rusiya ordusunun generalı Suriyada həlak olubbackend

Rusiya ordusunun generalı Suriyada həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun generalı Suriyada həlak olub.

APA-nın  Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Suriyada avtomobil karvanının partladılması nəticəsində Rusiya ordusunun general-mayoru ölüb.

Rusiya MN partlayış zamanı daha iki rus hərbçisinin yaralandığını açıqlayıb.

Hadisə Deyr-ez-Zor yaxınlığında humanitar aksiyadan geri qayıdan zaman baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış olub.

Adı hələlik açıqlanmayan Rusiya Silahlı Qüvvələrinin general-mayoru hadisə yerindən təcili təxliyə olunub və ona tibbi yardım göstərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.