Rusiya ordusunun bəzi bölmələri Kiyev və Çerniqovdan geri çəkilir – Ukrayna Baş Qərargahıbackend

Rusiya ordusunun bəzi bölmələri Kiyev və Çerniqovdan geri çəkilir – Ukrayna Baş Qərargahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin bəzi bölmələri Kiyev və Çerniqov regionunun ərazisindən geri çəkilir.

TİA.AZ ukranews.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın öz qüvvələrini gücləndirmək və onların rotasiyası ilə bağlı problemləri var .“Rusiyanın Sakit Okean donanmasının şəxsi heyəti “xüsusi əməliyyat”da iştirakdan imtina edir və bu səbəbdən donanma, hətta bir batalyon-taktiki qrup təmin edə bilməyib”, – Ukrayna tərəfinin məlumatında qeyd olunub.

Əlavə olunub ki, Rusiya Donetsk regionunun bir çox bölgəsində atəşi və hücumları intensivləşdirib. Rusiya qüvvələrinin eyni zamanda, Berdyansk şəhərində liman infrastrukturunu bərpa etməyə çalışdığı qeyd olunub.

Məlumatda vurğulanıb ki, Rusiya qüvvələrinin Ukraynanın hərbi və mülki infrastruktur obyektlərinə hücum təhlükəsi qalmaqdadır və Ukrayna ordusu şərq, cənub-şərq, şimal-şərq istiqamətlərində müdafiəni davam etdirir.