“Rusiya ordusuna qoşulmayın!..” Özbəkistan və Qırğızıstan miqrant vətəndaşlarına müraciət etdibackend

“Rusiya ordusuna qoşulmayın!..” Özbəkistan və Qırğızıstan miqrant vətəndaşlarına müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidentin Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik haqqında qərar verdikdən sonra çoxlu sayda rusiyalı ölkədən çıxmağa çalışır. Nəricədə aviabiletlərin qiyməti kəskin bahalaşıb.

“Air Serbia” növbəti bir neçə gün üçün Moskva-Belqrad reysinin biletlərinin satılıb qurtardığını bildirir. Avropa İttifaqının (Aİ) embarqosuna baxmayaraq, bu şirkət “Turkish Airlines” ilə birlikdə Rusiyaya uçuşları saxlayıb.

Moskvadan İstanbula və Dubaya birtərəfli ekonom biletlərin qiyməti isə 9 min 200 avroya (9 min 119 dollar) qalxıb.

Rusiyadan Serbiyaya, eləcə də Türkiyə, Gürcüstan və Ermənistana biletlərin satılıb qurtardığı xəbər verilir.

Rusiyalılar Serbiyaya vizasız gedə bilirlər. Belqrad Qərbin Ukraynaya hücumdan dolayı Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Belarus və Çin də Rusiyaya sanksiyalar tətbiq etməyib.

Bəzi sosial media postlarında iddia olunur ki, adamları Rusiyanın Gürcüstanla quru sərhədindən geri qaytarırlar. Rusiya dövlət dəmiryolu şirkətinin vebsaytı isə çöküb. Xeyli adam ölkədən çıxmağın yollarını axtarır.

Bu arada Qırğızıstan və Özbəkistan hakimiyyəti Rusiyadakı miqrant vətəndaşlarına xəbərdarlıq edib ki, Ukraynada müharibə aparan Rusiya ordusuna yazılmasınlar.

Moskvadakı Qırğızıstan səfirliyi sentyabrın 21-də bəyanatında bildirilir ki, xarici ölkələrin ərazisində hərbi fəaliyyətdə hər hansı formada iştirak muzdlu fəaliyyət hesab ediləcək, 10 ilədək həbs, əmlakın müsadirəsilə cəzalandırılacaq. Səfirlik vətəndaşlarına bildirir ki, onlara hərbi əməliyyatlara qoşulmağa çağıran sənəd gələrsə diplomatik təmsilçiliyə müraciət etsinlər.

Hazırda 1 milyondan çox qırğızıstanlının Rusiyada əmək miqrantı kimi qaldığı bildirilir.

Özbəkistan səfirliyi də oxşar bəyanatla çıxış edib, xarici ordulara qoşulmağın qanunsuz olduğunu, 10 ilədək həbslə cəzalandırılacağını bildirib.

Sentyabrın 20-dö Dövlət Dumasında Cinayət Məcəlləsinə dəyişikliklərə görə, Rusiya silahlı qüvvələrinə qoşulmaqdan imtina edən Rusiya vətəndaşları üçün uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.

Qırğızıstan həmsərhəd olmayan ölkələrlə ikili vətəndaşlığı tanıyır. Rusiyadakı qırğız əmək miqrantlarının çoxunun Rusiya vətəndaşlığı da var və səfərbərliyə cəlb oluna bilərlər.

Özbəkistan isə ikili vətəndaşlığı tanımır. Rusiyadakı 1.2 milyon özbək miqrantın çoxu Rusiya vətəndaşlığı almaq istəyir, bəziləri bundan ötrü Rusiya silahlı qüvvələrində xidmət keçir.