Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıbbackend

Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 16-da günorta saatlarında Rusiya ordusu Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Altı ədəd “X-101” (X-555) raketi “Tu-95MS” bombardmançı təyyarəsindən atılıb.

“Dörd raket Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib. Digər ikisi Çerkassı vilayətindəki iki kənd təsərrüfatı müəssisəsinə düşüb, dağıntı və tələfatın təfərrüatları dəqiqləşdirilir” – Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında qeyd olunub. (Mənbə: Unian)