Rusiya müdafiə nazirinin müavini Xankəndidəbackend

Rusiya müdafiə nazirinin müavini Xankəndidə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.
D. Bulqakov Xankəndidə Rusiya sülhməramlıları üçün inşa edilmiş 250 yerlik blok-modul şəhərciyinin açılışına qatılıb.
D. Bulqakov bildirib ki, Rusiya sülhməramlı kontingenti üçün mobil şəhərciklər aprelin 5-dən gec olmayaraq istismara veriləcək: “Bu günə 25 belə şəhərcik qurulub. Hazırda şəhərciklərin istismara verilməsi üçün son tamamlama işləri aparılır. Aprelin 5-dən gec olmayaraq bütün modul şəhərciklər istismara veriləcək”.
O, aprelin sonuna qədər sülhməramlılar üçün mobil hospital açılacağını da qeyd edib.//APA