Rusiya MN-in məlumatı: Partlayan “Moskva” kreyserində bir hərbçi ölübmüşbackend

Rusiya MN-in məlumatı: Partlayan “Moskva” kreyserində bir hərbçi ölübmüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Moskva” raket kreyserinin bir hərbçisi yanğını söndürməyə çalışarkən ölüb, daha 27 ekipaj üzvü itkin düşüb.
TİA.AZ xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumatda deyilir.

“Aprelin 13-də baş vermiş yanğın nəticəsində “Moskva” raket kreyseri sursatların partlaması nəticəsində ciddi zədələnib. Ekipajın yanğını söndürmək cəhdləri uğursuz alınıb. Gəminin sağ qalması üçün aparılan mübarizə zamanı bir əsgər həlak olub, daha 27 ekipaj üzvü itkin düşüb”, – açıqlamada bildirlir.
Agentliyin məlumatına görə, qalan 396 ekipaj üzvü Qara dəniz donanmasının gəmilərinə təxliyə olunaraq Sevastopol şəhərinə aparılıb.
Müdafiə Nazirliyi əlavə edib ki, həlak olan şəxsin, fövqəladə vəziyyət nəticəsində itkin düşənlərin ailəsi və yaxınlarına hər cür dəstək və yardım göstərilir.
Daha sonra Sevastopol qubernatoru Mixail Razvojayev deyib ki, ölən şəxs baş gizir İvan Vaxruşevdir.
“İvan Leonidoviç qəhrəmancasına həlak oldu. Komandasına rəhbərlik etdi, yanğın başlayanda dənizçiləri çıxardı, sonra aşağı düşdü, qazanxananı söndürdü, amma özünün çıxmağa macal olmadı. O, bir şücaət göstərdi və yüzlərlə həmkarının həyatını xilas etdi”, – Razvojaev Telegram kanalında yazıb.
Xatırladaq ki, Ukrayna Prezident ofisinin müşaviri Aleksey Aretoviçin mövzu ilə bağlı verdiyi açıqlamada İlan adasını mühasirəyə alan “Moskva” adlı 510 nəfərlik gəminin vurulduğunu deyib.
Bundan başqa, Odessa meri Maksim Marçenko mövzu ilə bağlı açıqlama verərək, “Moskva”nın “Neptun raketləri ilə vuruduğunu bildirib.