Rusiya mətbuatı Mariupolun ələ keçirildiyini deyir, Ukrayna isə…backend

Rusiya mətbuatı Mariupolun ələ keçirildiyini deyir, Ukrayna isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya mətbuatı Ukraynanın Mariupol şəhərinin tam olaraq ələ keçirildiyini yazıb.
TİA.AZ bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bununla bağlı məruzə edib. Belə ki, aprelin 21-də Rusiya prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Nazir prezidentə məruzə edərək bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvvələrinin 8 100-ə yaxın hərbçisi olub:
“2 mindən çox hərbçi isə “Azovstal” zavodunun ərazisində yerləşib”.
Şoyqu yaxın 3-4 günə “Azovstal”da əməliyyatı başa çatdıracaqlarını qeyd edib. Hazırda ukraynalı hərbçilər zavodun ərazisində mühasirədədir.
Ukrayna mətbuatı Mariupolun tam olaraq Rusiya qoşunlarının nəzarətinə keçməsi barədə heç bir məlumat yaymayıb.