Rusiya mayonezinin reklamı Gürcüstanda qalmaqal yaratdıbackend

Rusiya mayonezinin reklamı Gürcüstanda qalmaqal yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın müdafiə nazirinin, prezident administrasiyasının və vergilər xidmətinin mətbuat katibləri Rusiyanın “Sloboda” mayonezinin reklamına çəkilib.

TİA.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, bu isə ölkədə qalmaqala səbəb olub. Məmurlar açıqlamalarında reklama çəkildiklərini, ümumiyyətlə, “Sloboda”nın Rusiya markası olduğunu bilmədiklərini deyiblər.

Qeyd edək ki, Gürcüstanla Rusiya arasında 2008-ci ildən heç bir diplomatik əlaqə yoxdur. İki ölkə arasında dialoq Cenevrə müzakirələri əsasında davam edir