Rusiya Lvova hava zərbələri endiribbackend

Rusiya Lvova hava zərbələri endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hücum nəticəsində ölənlərin və yaralıların olduğu bildirilir

Rusiya Ordusu Lvova endirdiyi raket zərbələri nəticəsində ölənlər var.

TİA.AZ xəbər verir ki, bu barədə Lvov vilayətinin rəhbəri Maksim Kozitski “Facebook”da bildirib.

“Qərb Hava Komandanlığının məlumatına görə, bu gün səhər saatlarında Lvova dörd raket zərbəsi endirilib. Üçü hərbi infrastruktura endirilib. Zərbələr nəticəsində yanğınlar baş verib. Yanğının söndürülməsi hələ də davam edir. Obyektlərə ciddi ziyan dəyib. Təəssüf ki, ölənlər və yaralananlar var. Bu saata olan məlumata görə, 6 ölü və 8 yaralı var. Ölənlər arasında bir uşaq da var”, – deyə o qeyd edib.