Rusiya Kuril adalarıyla bağlı Yaponiya baş nazirinə son sözünü dedibackend

Rusiya Kuril adalarıyla bağlı Yaponiya baş nazirinə son sözünü dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaponiyanın Cənubi Kuril silsiləsindəki adalara olan iddiaları qəbuledilməzdir.
TİA.AZ xəbər verir ki, bunu Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri, Rusiya Aerokosmik Qüvvələrinin keçmiş baş komandanı Viktor Bondaryev bildirib.
Senator Yaponiyanın yeni Baş naziri Fumio Kişidanın fikirlərini şərh edərkən deyib: “Cənubi Kuril adalarının mülkiyyətinə dair mübahisənin yenidən qaldırmaq İkinci Dünya Müharibəsinin nəticələrini yenidən nəzərdən keçirməyə bərabər olduğunu düşünürəm”. “Ölkəmizin suverenliyi Şimal ərazilərinə (Cənubi Kuril adaları. – Qaynar.) qədər uzanır. Bu problemi gələcək nəsillərə buraxmadan həll etməliyik”, – bu fikirləri isə yapon siyasətçi səsləndirib.
Viktor Bondaryevə görə, “Yaponiya Baş nazirinin cənubi Kuril adaları üzərində suverenlik haqqında dedikləri indiki status-kvonu heç bir şəkildə dəyişdirməyəcək”:
“Və ümumiyyətlə, bu cür ifadələr tarixi saxtalaşdırmaqla eyniləşdirilməlidir. Axı bu ərazilər qalib tərəfə keçib. İkinci Dünya Müharibəsinin nəticələri müzakirə edilmir və yenidən nəzərdən keçirilmir”, – senator fikrini belə yekunlaşdırıb.