Rusiya koronovirusun çəngində qalıb – Son sutkada 10 min 699 yoluxma, 98 ölü qeydə alınıbbackend

Rusiya koronovirusun çəngində qalıb – Son sutkada 10 min 699 yoluxma, 98 ölü qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir sutka ərzində Rusiyada koronavirusa 10 min 699 nəfər yoluxub. Beləliklə Rusiya üzrə yoluxmaların toplam sayı 187,859 nəfərə çatıb.

Bundan əvvəlki iki gün ərzində də günə təxminən 10 min yoluxma qeydə alınmışdı. Son bir gün ərzində COVID-19 xəstəliyindən 98 nəfər vəfat edib və ölənlərin ümumi sayı 1723 nəfərəçatıb.

2805 nəfərin son bir neçə gündə sağalaraq xəstəxanalardan buraxıldığı xəbər verilir. Sağalanların ümumi sayı 26, 608 nəfərdir.

Moskva ölkə üzrə koronavirusa yoluxmaların sayına görə lider olaraq qalır. Təkcə son sutka ərzində Rusiya paytaxtında 5846 yeni yoluxma qeydə alınıb.

Moskva merinin müavini Anastasya Rakova bildirib ki, koronavirusdan sağalan və artıq immunitetə malik vətəndaşlar sosial könüllülər və ya plazma donorları kimi çıxış edə bilərlər.Rakova deyib ki, koronavirusdan sağalanların qan plazması xəstələrin müalicəsində istifadə oluna bilər. Belə bir könüllü işə artıq 300 nəfər müraciət edib.

Səhiyyə naziri Mixail Muraşko deyib ki, yaranmış epidemioloji vəziyyətdə vahid dövlət imtahanlarının iyun ayında keçirilməsi mümkün olmayacaq.

Onun fikrincə bu imtahanlar ən tezi yayın sonunda və yaxud payızda keçirilə bilər.

Bu arada Rusiya hökuməti Dövlət Dumasına müsadirə edilən əldəqayırma spirtin antiseptiklərin hazırlanmasına yönəldilməsi barədə qanunvericilik aktı qəbul etməyəçağırıb. İndiki qanunvericiliyə görə müsadirə olunan spirt məhv edilməlidir. (azadliq.org)