RUSİYA KORONAVİRUS ƏLEYHİNƏ İKİ DƏRMANI SATIŞA ÇIXARDIbackend

RUSİYA KORONAVİRUS ƏLEYHİNƏ İKİ DƏRMANI SATIŞA ÇIXARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Səhiyyə Nazirliyi koronavirus əleyhinə istifadə olunan və yeni hazırlanmış iki dərman peraparatının apteklərdə satışına icazə verib. TİA.AZ  xəbər verir ki, bu barədə sözügedən nazirlik açıqlama yayıb.
Məlumatda deyilir ki, həmin pereparatlardan biri “R-Farm” şirkətinin istehsal etdiyi “Koronavir” dərmanıdır. Artıq həmin adda 7374 ədəd dərman peraparatı istehsal olunaraq, apteklərə verilib. Həkimlərin rəyinə görə, “Koronavir” virusa yoluxmuş şəxslərin müalicəsində üstün nəticələr əldə etməyə imkan verir. Habelə ondan stansionar müalicə zamanı istifadə edilməsinə məhdudiyyət olmayacaq. Eyni zamanda, xəstəlikdən sağalma müddətini 4 günə qədər endirir.
Lakin dərmanın yan təsirləri də var. Daha doğrusu, həkimlər pereparatdan hamilə qadınların, süd verən anaların, ağır qara ciyər çatışmazlığı və xəstəsi olanlarına, habelə 18 yaşdan aşağı olanların istefadə etməsini məsləhət görmürlər.
TİA.AZ xəbər verir ki, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitryev digər bir dərmanın da bu ay içində satışa çıxarılacağını bildirib. O bəyan edib ki, “Avifavir” adlı dərman da koronavirus əleyhinədir. Onun sözlərinə görə, sözügedən dərman ambulator xəstələrin istifadəsi üçün nəzərdə tutulub.
Dmitryev onu da deyib ki, dərmandan yalnız hamilə qadınlar istifadə edə bilməz. Bundan başqa, “Avifavir” bəzi xəstələrə pulsuz veriləcək.