Rusiya: Jurnalistlər Birliyi jurnalistlərin saxlanılması ilə bağlı DİN-ə müraciət etdibackend

Rusiya: Jurnalistlər Birliyi jurnalistlərin saxlanılması ilə bağlı DİN-ə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Jurnalistlər Birliyi (SJR) müxalifət lideri Aleksey Navalnını dəstəkləyən mitinq zamanı paytaxtın mərkəzindəki media işçilərinin tutulması ilə əlaqədar vəziyyəti diqqətdə saxlayır. 
Bu sözləri SJR sədri Vladimir Solovyov deyib. O, birliyin “Vəziyyəti izlədiyini” və “bir neçə halda Moskvanın Daxili İşlər Nazirliyi Baş İdarəsi ilə əlaqə saxladığını” qeyd edib.
O, jurnalistlərin yanında bütün lazımi sənədləri və fərqləndirici nişanları varsa, onları tutmağın qəbuledilməz olduğunu da vurğulayıb:
“Bir daha jurnalistlərin həqiqətən məqsədyönlü şəkildə yaralanması və ya uzun müddət saxlanılması halında hüquq-mühafizə orqanlarının əməkdaşlarının məsuliyyəti barədə xəbərdarlıq etmək istəyirik”.
Xatırladaq ki, dünən Moskvada icazəsiz mitinq zamanı “Rosbalt” və digər nəşrlərin jurnalistləri saxlanılıb. Bundan əlavə, OMON əməkdaşı Real View-dən “Press” jiletində olan reportyor Fyodor Xudokormovu başından vurub. Jurnalist təcili yardım şöbəsində başından aldığı zədəni sənədləşdirmək və polisə ərizə vermək niyyətində olduğunu bildirib.