“RUSİYA İQTİSADİYYATI 3 AYDA 4 İL GERİ DÜŞÜB” – “İlin sonuna qədər vəziyyət daha da pisləşəcək”backend

“RUSİYA İQTİSADİYYATI 3 AYDA 4 İL GERİ DÜŞÜB” – “İlin sonuna qədər vəziyyət daha da pisləşəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğalın başlandığı ilk üç ay ərzində Rusiya iqtisadiyyatı 4 il geri düşüb”.

TİA.AZ xəbər verir ki, “Bloomberg” agentliyinin dərc etdiyi məqalədə belə deyilir.

Yazıda qeyd olunur ki, 2022-ci ilin əvvəlində Rusiya iqtisadiyyatı sürətli başlanğıc götürmüşdü. Lakin işğaldan az sonra iqtisadiyyatda sürətli eniş müşahidə olunmağa başladı. Agentlik iddia edir ki, ilin sonuna qədər vəziyyət daha da pisləşəcək.

“İqtisadiyyat ikinci kvartalda son dörd illik inkişafı itirərək, 2018-ci ilin vəziyyətinə qayıdır. 2023-cü ildə Avropanın enerji qadağası ixracatın daha da azalmasına səbəb olacaq”, – deyə rusiyalı iqtisadçı Aleksandr İsakov agentliyə açıqlamasında bildirib.

Məqalədə qeyd olunur ki, sanksiyalar Rusiyada ticarət zəncirinin qırılmasına gətirib çıxarıb və avtomobil istehsalı, maşınqayırma kimi sahələri iflic vəziyyətə gətirib. Mütəxəssislərin fikrincə, müharibə dərhal dayandırılsa belə, Rusiya iqtisadiyyatının əvvəlki templərə qayıtmasına illər lazım olacaq. Hesab olunur ki, təkcə bu ilin sonunadək ölkədə təbii xammal istehsalı 20 faizdən çox azalacaq. Söhbət enerji daşıyıcılarından və digər təbii sərvətlərdən gedir ki, bunlar da Rusiya iqtisadiyyatının əsas dayaqları sayılır. Avtomobil istehsalına gəlincə, burada ilk üç ayda 63 faiz geriləmə qeydə alınıb.

İqtisadçılar hesab edirlər ki, bu gedişlə dünya bazarında enerji daşıyıcılarının qiyməti hər nə qədər baha olsa da, Rusiya sanksiyalar ucbatından bu qiymətlərdən bəhrələnə bilməyəcək.